M. Zabelindən Azərbaycan Respublikasının Prezidentinə təşəkkür məktubu
- 6-12-2022, 10:05
- 22
Главные Новости / Пресса о РОА
Mixail Zabelindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
İcazə verin, mənim həyatımda əlamətdar tarix olan Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməyimə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirim.
Mənim üçün Vətən sadə söz deyil. Vətən – mənim torpağım, mənim xalqım, mənim Prezidentimdir! Azərbaycan xalqımla, Ümummilli Liderimlə, Prezidentimlə çətin və xoş günlər keçirdik. Birlikdə Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə apardıq və şanlı Qələbəmizi qeyd etdik.